Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.
Bu barədə Yenicag.Az Türkiyə mətbuatına istinadən məlumat verir.
Məlumata görə, xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir.
Qeyd edək ki, 6,7 bal gücündə Egey dənizində baş verib. Yearltı təkanların episentri Kos adasından 16,2 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Yunanıstanın Kos adasında zəlzələ nəticəsində 2 nəfər həlak olub, 120 nəfər xəsarət alıb.