Boğaz böhranı: Tehran iqtisadi təcridə RAZIDIRMI? – VİDEO
“Bu qərar daxili auditoriyaya hesablanan tezisdir”.
Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
O, Hörmüz boğazının bağlanmasının beynəlxalq iqtisadiyyata və ölkəmizə mümkün təsirindən danışıb.
İqtisadçı bildirib ki, Hörmüz boğazının uzun müddət bağlı olması praktiki olaraq mümkün deyil:
“Çünki o boğazı bağlayan ölkə bütün dünyaya qarşı tək dayanmaq məcburiyyətindədir. Qaz və neft satışının təxminən 20%-i bilavasitə Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Eyni zamanda digər təchizat zəncirində problemlər yaşana bilər. Qlobal ticarətdə həmin istiqamətin mühüm rolu var. Belə bir vəziyyətdə İran yalnız ABŞ və İsrailə qarşı deyil, həm də dünyanın digər böyük ölkələrinə qarşı təkbaşına mübarizə aparmalı olacaq”.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov