Boğazını kəsərək telefonunu əlindən aldı

media-hightechnic-468x90

trBakı sakinin boğazını kəsərək mobil telefonunu oğurlayan şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 29-da Qara Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini Hüseyn Bağırova boğaz nahiyəsindən şüşə parçası ilə xəsarət yetirib və mobil telefonunu əlindən alaraq qaçıb.

Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Səxavət Şəfiyev tutulub(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600