Boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

media-hightechnic-468x90

загруженное (9)Lənkəranda sel sularında boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub.

Hadisə ötən gecə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb.

İntensiv yağışlar nəticəsində kənd sakini Kamil Şiriyevin evini və həyətyanı sahəsini su basıb. Evini vaxtında tərk edə bilməyən K. Şiriyev suyun səviyyəsi getdikcə qalxdığından Fövqəladə Hallar Nazirliyinə zəng vurub.

Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin xüsusi riskli xilasediciləri cəlb olunub.

Hava şəraitinin yağmurlu olması xilasedicilərin işini çətinləşdirsə də, lazımi təhlükəsizlik tədbirləri görülüb. K. Şiriyevi təhlükəli zonadan uzaqlaşdırmaq üçün qayıqdan istifadə edilib. Evdən çıxarılaraq qayığa mindirilən K. Şiriyev xilas edilərək yaxınlarına təhvil verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa