!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Borclu vətəndaşların banklardan GÖZLƏNTİSİ: “Ödənişin olmaması gecikmə sayılmamalıdır” – İqtisadçı

!Reklam – Yazi

“Ölkədə bağlanmış bir çox kredit müqavilələrində fors-major halları qeyd olunub”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının yaratdığı vəziyyət fonunda kredit borcları üzrə ödənişlərin gecikdirilməsinin mümkün nəticələrini şərh edən iqtisadçı Alxan Xələfov deyib.

Alxan Xələfova görə, banklar vətəndaşların kredit borclarının ödənişini gecikdirmələrini rəsmiləşdirsələr, bu hal bankların özü üçün zərərli olacaq:

“İndiki durumda banklar üzrə krediti olan şəxslər, xüsusilə də, kredit müqaviləsi əsasında məhsul alan şəxslər borcu qaytarmaqda çətinlik çəkirlər. Ölkədə bağlanmış bir çox kredit müqavilələrində fors-major halları qeyd olunub.

Bu bəndi detallı şəkildə araşdıranda aydın olur ki, mövcud pandemiya dövründə banklar və bütün kredit sahəsi üzrə məhsul alan hüquqi şəxslər öz kreditorlarına kredit ödənişlərinin dondurulması ilə bağlı müraciət edə bilərlər.

Eyni zamanda, onların mərkəzi kredit reysterində gecikmə olduğu qeyd edilməməlidir. İçində olduğumuz şəraitdə yaranmış vəziyyət özlüyündə fors-major haldır.

Ölkəmizdə məişət texnikası satan bir sıra mağazalar bu məsələdə öz müştərilərini qorumaq üçün kredit ödənişlərini dondurublar. Əgər banklar öz müştərilərinin ödənişləri gecikdirdiklərini qeyd etsələr, bu halda banklar daha çox ziyana düşəcəklər.

2016-ci ildə biz belə vəziyyətlə rastlaşmışdıq. Banklara dövlət yardımı edilib və son nəticədə kommersiya bankları gecikmələri nəzərə almadan, həmin müştəriləri təkrar kreditlə təmin etmişdilər.

Ümumiyyətlə, kreditlər verilərkən, 1 faiz miqdarında sığorta tutulması daha yaxşı olardı. Nəticədə sığorta şirkətləri bankların törəmə şirkətləri olaraq, çalışa bilərlər”.

Gülşən Şərif

www.yenicag.az

3186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv