“Rusiyanı hərbi yolla atəşkəs bağlamağa məcbur etmək perspektivi çox uzaq görünür”.
Yenicag.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.
Borrel rəsmi Moskvaya sanksiyalar vasitəsilə təzyiqləri artırmağın vacibliyini vurğulayaraq bununla paralel şəkildə Kiyevə silah tədarükünü artırmalı olduqlarını bildirib.
“Putini danışıqlar masası arxasına oturmağa məcbur etmək üçün Ukraynanı siyasi və hərbi cəhətdən gücləndirməkdə strateji məntiq var”, – deyə o qeyd edib.
www.yenicag.az