!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Borrelsayağı sayıqlama və Brüssel formatının SONU: “Bakının mövqeyini dəyişə biləcəklərini düşünsələr də...”

!Reklam – Yazi

“Avropanın Cənubi Qafqazda əsas niyyəti regionda öz mövqelərini möhkəmlətmək və bu prosesdə Rusiyanı bölgədən çıxarmaqdır”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Jozep Borrelin Azərbaycana qarşı son qərəzli çıxışının Bakı ilə İrəvan arasında davam edən nizamlama prosesində Brüssel formatının ortadan qalxmasına mümkün təsirini dəyərləndirən politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının Azərbaycana münasibəti ötən ilin sentyabrında həyata keçirilən məlum antiterror əməliyyatlarından sonra xüsusilə dəyişib:

“Azərbaycanın öz ərazisində atacağı hər hansı addım əsassız iddiaların səsləndirilməsinə səbəb ola bilməz. Burada əsas məqsəd bəllidir – Cənubi Qafqazla bağlı maraqlar. Brüssel regionda maraqlarının təmin olunması üçün son zamanlar belə təzyiq mexanizmlərindən, o cümlədən, Ermənistanın müəyyən addımlarından istifadə etməyə çalışır.

Bunu Avropa İttifaqından Ermənistana verilən maddi və mənəvi dəstəkdən də açıq-aydın görə bilirik. Sülh müqaviləsinin imzalanması üçün faktik olaraq, heç bir addım atılmır. Yəni Avropa İttifaqı istər sərhədlərin delimitasiya və demarkasiyası, istərsə də kommunikasiyaların açılması məsələsində Ermənistanın lehinə mövqe sərgiləyir.

Avropanın Cənubi Qafqazda əsas niyyəti regionda öz mövqelərini möhkəmlətmək və bu prosesdə Rusiyanı bölgədən çıxarmaqdır. Motiv olaraq isə Azərbaycanı seçirlər. Çünki Ermənistana nə qədər investisiya qoyulsa, hərbi yardım edilsə də regionda prosesləri tənzimləyəcək əsas gücün Azərbaycan olduğunu anlayırlar. Bu səbəbdən, əsas da mövcud reallıqları nəzərə alaraq, təzyiq üsulunu seçirlər.

Sülh məsələsinə gəldikdə isə Azərbaycan üçün ən əlverişli yol Ermənistanla təkbətək danışıqların aparılmasıdır. Əgər Avropa həqiqətən, Cənubi Qafqazda sülh istəyirsə, Azərbaycanın ikitərəfli danışıqlar təklifinə dəstək verməlidir. Hazırda Azərbaycanda seçki dövrünün olduğunu nəzərə alsaq, Qərbin bunu fürsət kimi dəyərləndirərək, Bakıya təzyiqləri artıracağını ehtimal etmək o qədər də çətin deyil. Lakin bununla Bakının mövqeyini dəyişə biləcəklərini düşünsələr də, yanılırlar. Azərbaycanın heç bir halda mövqeyi dəyişməyəcək”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

4052
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv