!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boşanmış qadınları TƏHQİR EDƏN Kərimə CAVAB: “Keçmiş arvadı evin bir küncündə oturmadı ki...” - Samirə

!Reklam – Yazi

“Boşanan qadınların 99 faizi hamısı peşmandır, oturub evdə, ailə yox, bir uşaqla, ərə gedə bilmir, saxlayanı yoxdur, nə xanım kimi xanımdır, nə nökər kimi nökərdir” – Müğənni Kərimin boşanmış qadınlarla bağlı efirdə söylədiyi bu fikirlər sənət cameəsində də birmənalı qarşılanmayıb.

Yenicag.az-a açıqlama verən tanınmış sənətçi Samirə Yusifqızı həmkarının fikirlərinə qarşı çıxaraq narazılığını ifadə edib:

“Əvvəla, onu deyim ki, həyat yoldaşım rəhmətə gedib. 1997-ci ildən təkəm, ailə qurmadım. Çünki özüm işləyib ayaqlarım üstə duran qadın oldum və onları yad kişinin əlinə vermədim. 29 yaşımdan dul qaldım, istəsəydim, ərə gedərdim. Qaldı ki boşanmış qadınlara, onlara cəmiyyətdə pis baxmaq lazım deyil. İnsandır, hərənin öz taleyi var. Təəssüf ki, bizdə öz həyatımızı yaşamaq üçün özümüz qərar vermirik. Ata-ananın qərarı ilə ailə qururuq, kiməsə görə yaşayırıq. “Ay qonşu nə deyər, qohum nə deyər, el-oba nə fikirləşər, cəmiyyət necə qarşılayar”, – deyib, onun bunun fikri ilə oturub-dururuq. Buna görə də şəxsi həyatımız sıfıra bərabər olur.

Bu saat qadınlarımızın əksəriyyəti öz ayaqları üstə durmağı bacarır. Hətta elə qadınlarımız var, həm ailəsini saxlayır, həm də maddi cəhətdən həyat yoldaşına kömək edir. Heç həyat yoldaşı olmasa da, qeyrətli xanımlarımız var. Nə olsun boşanıb? Boşanıb deyə elə qadın evin bir küncündə yatıb qalmalıdır? Xeyr, bizim qadınlar evin küncündə yatan qadınlar deyil, 95 faiz qadınlarımız mərd, mübariz, zəhmətkeşdir”.

O, Kərimin də vaxtilə ailəsinin dağıldığını, amma xanımının boşandıqdan sonra evin küncündə oturmadığını bildirib:

“Kərim gözəl müğənnidir, illərdir dostluq etdiyim insandır. Hörmətim də var. Elə Kərimin də ailəsi dağıldı, xanımı boşandı. Keçmiş arvadı evin bir güncündə oturmadı ki… Yaxşı da yaşayır, işləyir, pulunu da qazanır, uşağını da böyüdür. Yəni evin küncü bizim xanımlar üçün deyil. Artıq o dönəmlər, o cəfəngiyyat, cahillik geridə qaldı. Yeni əsrin qadınları ev küncündə oturan xanımlar deyil, sosial statusu olan və cəmiyyətdə özünə yer tutan, işləyib, ayaqları üstə duran xanımlardır. Qadın boşanıbsa, kimə lazımdır? Necə yəni kimə lazımdır?! Qadın vətəninə, övladlarına, işlədiyi kollektivə, ata-anasına, doğmalarına lazımdır. Elə, gərək, kişi olsun? Əgər insanın taleyi gətirməyibsə, o deməkdir ki, bədbəxtdir? Bəlkə də, elə xoşbəxtdir ki, o tərəfdən bəxti gətirməyib, Allah digər tərəfdən üzünə gözəl qapı açacaq. Kərimin xətrini istəyirəm, amma bizim qadınlar ev küncündə kif atan qadınlar deyil”.

Cəvahir

COP29

www.yenicag.az

19829
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv