Bosfor boğazında azərbaycanlı qadının meyiti tapıldı

media-hightechnic-468x90

Bosfor boğazında bir neçə gün əvvəl İstanbulda itkin düşən azərbaycanlı Məxfurə Hüseynovanın meyiti tapılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, 44 yaşlı qadın mayın 2-də axşam saatlarında İstanbulun Kadıköy bölgəsindən Beşiktaşa gedən şəhərdaxili sərnişin gəmisinə mindikdən sonra yoxa çıxıb. Gəminin göyərtəsində qadına aid çanta tapılsa da, özü barədə məlumat almaq mümkün olmayıb. Onun Kadıköydə gəmiyə mindiyi, lakin Beşiktaşda enməyidi nəzarət kameralarından əldə olunan görüntülərlə təsdiqlənib.

Qadının axtarışlarına İstanbul Dəniz Limanı Şöbə Müdirliyinə məxsus 2, Sahil Təhlükəsizliyinə aid 1 və Sahil Mühafizə Xidmətinə məxsus 1 qayıq cəlb edilib.

Qadının meyiti Bosfor boğazının İstanbulun Haydarpaşa ərazi sularında tapılıb.

Meyit ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05