Böyük Britaniya Krımın müstəqilliyini tanımır

media-hightechnic-468x90

hgffBöyük Britaniya hökuməti Rusiyanın Krımı müstəqil dövlət kimi tanımaq qərarının əleyhinə çıxıb.

Bu barədə Britaniyanın xarici işlər naziri Uilyam Heyqin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Britaniya və onun müttəfiqləri üçün Krım Ukraynanın tərkibində qalır: “Biz Avropanın müstəqil dövlətinin ərazisinin bir hissəsinin hərbi güc və qanunsuz referendum yolu ilə qəsb olunmasını müşahidə edirik”.

Bununla əlaqədar olaraq, U.Heyq mövcud böhrandan çıxmaq üçün Rusiyanı Ukrayna və beynəlxalq təşkilatlarla dialoq qurmağa çağırıb.

trend

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600