!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük Britaniya XİN rəhbərinin açıqlamasında önəmli MƏQAM: “Azərbaycan bu dövlətlər üçün gözəl nümunədir”

!Reklam – Yazi

“Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin Azərbaycanın torpaqlarını azad etməsinin Gürcüstan, Moldova və Ukraynaya nümunə olması ilə bağlı səsləndirdiyi fikirləri müxtəlif istiqamətlərdə yozmaq mümkündür”.

Bu sözləri Yenicag.az-a açqılamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, britaniyalı XİN rəhbərinin sözügedən açıqlamasının pərdəarxası məqamlarına toxunub.

Qeyd edək ki, D. Lemmi açıqlamasında bəyan edib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi ərazilərini azad edə bildi. Onun fikrincə, bu baxımdan, Azərbaycan Gürcüstan, Moldova və Ukrayna üçün çox gözəl bir nümunədir.

Prosesi şərh edən E. Mirzəbəyli isə söyləyib ki, əgər bu fikir səsləndirilibsə, ilk növbədə, burada ada dövlətinin öz baxış bucağı nəzərə alınıb:

“Sual oluna bilər ki, bu bölgə dövlətləri ilə normal münasibətlərin inkişaf etdirilməsi və bölgədə təhlükəsizlik çətirinin formalaşdırılması aspektindən, yoxsa Qərbin maraqlarının təmin edilməsi kontekstindən gətirilib? Bunu öncədən müəyyənləşdirmək kifayət qədər çətindir”.

E.Mirzəbəyli qeyd edib ki, burada subyektiv bir mülahizə mövcuddur:
“Amma yanaşmanın özündə bizim üçün ən önəmli məqam Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ifadəsidir. Yəni, bu, hüquqa və reallığa söykənən bir yanaşmadır. Bəli, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini təmin edib, beynəlxalq hüququn bütün norma və prinsiplərini həyata keçirib. O prinsiplər ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər uzun illər məhəl qoymayıblar. Hətta onlar öz imzalarına – Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdikləri qətnamələrə belə əməl etməyiblər. Amma bunu Azərbaycan bərpa edib”.

O, əlavə edib ki, yenə də indiki şəraitdə postsovet məkanındakı problemlərlə bağlı yanaşma məsuliyyəti beynəlxalq ictimaiyyətin deyil, ayrı-ayrı ölkələrin öz üzərinə qoyulursa, bu həm də məsuliyyətdən yayınma anlayışı kimi qəbul oluna bilər:

“Lakin bizim üçün önəmli olan konkret məqam Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasının yaratdığı presedentdir. Bu presedent şübhəsiz ki, Azərbaycan tərəfindən yaradılıb və bunun yaradılmasında da biz beynəlxalq ictimaiyyətin gərəkli dəstəyini görməmişik. Onlar bu istiqamətdə ermənilərə sanksiya tətbiq etməyiblər, diplomatik, siyasi-iqtisadi və digər müstəvidə beynəlxalq hüquqdan irəli gələn addımlar atmayıblar. Azərbaycan isə bu addımları atıb. Bu presedent Azərbaycanın timsalında ədalətin bərqərar olunması, dövlətin gücü, liderin iradəsi, xalqın mütəşəkkilliyi və ordunun rəşadəti hesabına əldə olunan nəticədir

Düşünmürəm ki, bu presedentin indiki şəraitdə təkrarlanması mümkündür. Fikrimcə, Azərbaycan nümunəsinin təkrarlanması üçün bir çox aspektlərə ehtiyac var. O aspektlər də britaniyalı nazirin baxış bucağına aid olan kontekstdən yozula bilməz”.

Rafi Müslümov

COP29

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv