Böyük gül buketi ilə bağlı yeni xəbər-Fotolar

media-hightechnic-468x90

40095_wsirq3s808Dünəndən etibarən bir sıra KİV-də, 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bir oğlanın sevdiyi xanıma 17 500 manat dəyərində gül buketini hədiyyə etməsi barədə məlumat dolaşır.

Sözügedən gül dəstəsi Dənizkənarı Bulvar İdarəsi tərəfindən 8 martla bağlı Azərbaycan qadınlarına hədiyyə olunub.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov açıqlama verib. O, bildirib ki, həmin gül buketi 3000 süni çiçəkdən ibarət olub.

Bu, Dənizkənarı Bulvar İdarəsinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına hədiyyəsi olub. Gül buketinin uzunluğu 5 metr, hündürlüyü isə 2.5 m təşkil edib.
N.Məcidov gülün qiymətinə dair açıqlama da verib:

“Yayılan məlumata görə, gül buketinin qiyməti 17 500 manat təşkil edir. Lakin bu, yalandır və şayiədir. Bəlkə də kimsə, hardasa 17 500 manata gül buketi bağlatdırıb, lakin süni güllərdən ibarət olan dəstənin qiyməti çox ucuzdur.

Yayılan məlumat düzgün deyil”.
Nazim Məcidov qeyd edib ki, əhalinin böyük marağına səbəb olan gül hazırda Bulvar ərazisində, Saat Qülləsinin qarşısındadır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600