!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Böyük Qayıdış” siyasətinin ƏSAS MAHİYYƏTİ: 150 min insan Qarabağda yaşayacaq

!Reklam – Yazi

“Bir sözlə Azərbaycan bütövləşəcək. Bu isə bizə yalnız və yalnız qürur mənbəyidir”.

Bunu Yenicag.az-a açıqlamasında Qarabağa “Böyük Qayıdış” fonunda müşahidə olunacaq müsbət proseslərdən və bölgədə artıq 30 min insanın yaşaması faktından danışan politoloq Əlabbas Məhərrəmli deyib.

 

Onun sözlərinə görə, Azərbaycan işğal altında olan torpaqlarını azad etdikdən sonra böyük quruculuq işlərinə başladı:

“Ermənilər həmin əraziləri darmadağın edərək tək bir tikili belə ayaqda saxlamamışdılar. Azərbaycan həmin ərazilərə yenidən can verərək minlərlə məcburi köçkünü öz dədə-baba yurdlarına geri qaytarır. Qarşıdakı yaxın bir neçə il ərzində hətta 150.000 nəfərin öz yurdlarında yenidən yaşaması üçün şərait yaradılacaq. Bu, özlüyündə çox gözəl proseslərdən xəbər verir”.

Analitik əmindir ki, ümumi yanaşdıqda, gələcəkdə yeni infrastruktur layihələrinin həyata keçirilməsilə iş yerlərinin açılmasına, zavod fabriklərin artmasına, nəticədə isə ölkə iqtisadiyyatının daha da böyüməsinə Qarabağımız böyük töhfə verəcək:

“Yaxın perspektivdə bu ərazilər yenidən canlanacaq, hər bir nöqtəsindən şənlik səsi ucalacaq. Əlavə olaraq Qərbi Azərbaycanımızla bağlı haqqımızı da bərpa edəcəyik. Bunun üçün artıq diplomatik danışıqlar başlayıb. Həmin ərazilərdən məcburən didərgin düşənlər də geri qayıdacaq. Orada da quruculuq işləri gedəcək. Bir sözlə, Azərbaycan bütövləşəcək. Bu isə bizə yalnız və yalnız qürur mənbəyidir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv