BP Azərbaycandakı nümayəndəliyində ixtisarlar aparacaq

media-hightechnic-468x90

BP emblem 270710Gələn il şirkət məcburi ixtisarlara 1 mlrd. dollar sərf edəcək

Böyük Britaniyanın “British Pertoleum” (BP) neft-qaz şirkəti dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən gələn il yüzlərlə iş yerinin məcburi ixtisarına 1 mlrd. dollar sərf edəcək.

Bunu BP-nin prezidenti, baş icraçı direktoru Robert Dadli bildirib.

Onun sözlərinə görə, bu ixtisarlar şirkətin ABŞ, Böyük Britaniya, Almaniya və Azərbaycan nümayəndəliklərinə də təsir edəcək.

Bununla belə, BP-nin rəhbəri bildirib ki, böyük ehtimalla ixtisarlar platformada işləyən işçilərə aid olmayacaq.

“BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, bu məsələyə qısa zamanda münasibət bildiriləcək: “Hazırda iclasdayam. Çıxan kimi, sizinlə əlaqə saxlayacam”(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600