BP rəsmisi: 2018-ci ildə "Şahdəniz" qazının Avropaya çatdırılmasına başlayacağıq

media-hightechnic-468x90

“BP Gürcüstan ərazisində “Cənub Qaz dəhlizi” üzrə tikinti işlərini başa çatdırıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qəri Counz (Gary Jones) deyib.

Onun sözlərinə görə, “Cənub qaz dəhlizi” üzrə həyata keçirilən layihələr nəzərdə tutulmuş cədvəl üzrə müəyyən olunmuş büdcə çərçivəsində həyata keçirilir. Bu marşrut üzrə mexaniki işlər tam başa çatdırılıb. Boru kəməri demək olar ki, hazırdır.

“İnanıram ki, 2018-ci ilin ikinci yarısında “Şahdəniz” qazının Gürcüstandan keçməklə Avropaya çatdırılmasına başlaya biləcəyik”, – deyə Q.Counz vurğulayıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa