Brakonyerlər Xəzəri TALAN EDİR: "Kürünü tökməyə belə imkan vermirlər" - VİDEO

media-hightechnic-468x90

Azərbaycanda balıq ehtiyatlarının azalması artıq ciddi ekoloji və iqtisadi problem kimi gündəmdədir.

Qida eksperti İlkin Şirinov Yenicag.az-a açıqlamasında bildirib ki, son illərin statistik göstəriciləri təbii balıq hövzələrində, xüsusilə Xəzər dənizi və daxili su mənbələrində ehtiyatların sürətlə azaldığını təsdiqləyir:

media-photo_269137-1

“Şəxsi balıq yetişdirmə təsərrüfatları istisna olmaqla, təbii hövzələrdə balıq sayında ciddi azalmalar müşahidə olunur. Bu vəziyyətin əsas səbəblərindən biri qanunsuz və həddindən artıq balıq ovudur”.

İlkin Şirinov qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi monitorinqlər və reydlər keçirilsə də, brakonyerliyin qarşısını tam almaq mümkün olmur:

“Xüsusilə torlar vasitəsilə balıq ovunun kütləvi hal alması və hətta kürü tökmə dövründə belə bu cür ovların aparılması təbii ehtiyatların bərpasını qeyri-mümkün edir”.

Qida eksperti vurğulayıb ki, 1990-cı illərlə müqayisədə bir çox balıq növlərinin sayı dəfələrlə azalıb:

“Bu azalmada ekoloji çirklənmə də mühüm rol oynayır. Xəzər dənizinə axan çaylar vasitəsilə daxil olan sənaye tullantıları, ağır metallar, həmçinin dənizin ümumi çirklənməsi balıq populyasiyasına ciddi zərbə vurur”.

Ekspert problemin həlli üçün qanuni tədbirlərin və nəzarətin gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. Onun fikrincə, qanunsuz ovun qarşısını almaq məqsədilə müasir monitorinq sistemləri genişləndirilməli və daha effektiv cəza mexanizmləri tətbiq olunmalıdır.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa