!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Braziliya BMT-nin miqrasiya haqqında imzalanmış qanunundan geri çəkilir

!Reklam – Yazi

Braziliyada yeni hökumət BMT-nin dekabrın 10-da qəbul edilən miqrasiya paktından geri çəkilmək istəyir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ernesto Araujo bildirib.

“Braziliya BMT-nin Mərakeşdə qəbul olunan  dünya miqrasiya paktından çəkiləcək. Hesab edirik ki, bu mövcud problemlərin həlli üçün yararsız vasitədir” – deyə Araujo qeyd edib.

Braziliyalı diplomat immiqrasiya məsələsinin qlobal yox, ayrı-ayrı ölkələrin suveren hüquqlar çərçivəsində həll etməli məsələ olduğunu vurğulayıb.

Qeyd edək ki, ötən gün Mərakeşdə keçirilən BMT-nin Hökumətlərarası Konfransı zamanı 164 ölkənin müxtəlif səviyyəli diplomatlarının iştirakı ilə “Təhlükəsiz, nizamlı və leqal miqrasiya üzrə qlobal paktı” təsdiqlənib.

COP29

www.yenicag.az

16143
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv