“Tullantıların idarə edilməsində Yaponiya təcrübəsinin təşviqi” adlı layihə çərçivəsində ictimai müsahibələr aparılıb

media-hightechnic-468x90

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tullantıların idarə edilməsində Yaponiya təcrübəsinin təşviqi” adlı layihəni icra edir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, layihə çərçivəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Bakıda təşkilinə, həmçinin yapon ekoloji və şəhərsalma mədəniyyətinin Azərbaycanda təbliğinə dair ictimai müsahibələr təşkil olunub.

Müsahibələrdə Bakı sakinləri, Azərbaycan Dillər, Bakı Dövlət və Azərbaycan Dövlət Pedaqoji universitetlərinin tələbələri, eləcə də QHT nümayəndələri iştirak ediblər. Müsahiblərdən Ümumdünya Şəhərsalma Forumu, ölkəmizdə müasir şəhərsalma məsələləri, həmçinin ekoloji mədəniyyətin yüksəldilməsi, bu sahədə düzgün davranış qaydaları, beynəlxalq təcrübənin tətbiqi barədə fikirlər öyrənilib.

Qeyd edək ki, 3 ay ərzində həyata keçiriləcək layihə çərçivəsində həmçinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Bakıda təşkilinə, həmçinin yapon ekoloji və şəhərsalma mədəniyyətinin Azərbaycanda təbliğinə dair araşdırma və müsahibə janrında yazıların yazılması və mediada işıqlandırılması, bir sıra Bakı məktəblərində ekoloji dərslərin keçirilməsi planlaşdırılır. Bununla yanaşı, sosial mediada bu mövzuda materialların mütəmadi yayılması, ölkədə ekoloji mədəniyyətin yüksəldilməsinin təşviqi nəzərdə tutulur.

media-5 media-4 media-3 media-2

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05