!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Braziliya Prezidenti COP29-da iştirak edəcək

!Reklam – Yazi

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.

Bu barədə Yenicağ.az saytına Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji və ətraf mühit üzrə katibi Andre Korrea du Laqu məlumat verib.

O vurğulayıb ki, COP29 konfransı qarşıdan gələn COP30-a ev sahibliyi edəcək ölkə kimi Braziliya üçün son dərəcə önəmlidir.

“Əlbəttə, COP29 bizim üçün son dərəcə vacibdir, çünki bu tədbirdə yeni Kollektiv Kəmiyyət Hədəfləri – NCQG vasitəsilə maliyyələşdirmə mövzusuna toxunulacaq.

Beləliklə, maliyyələşdirmə ilə bağlı müzakirələr irəlilədikcə biz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC’s) üzrə daha səmərəli müzakirələr apara biləcəyik. Bu, Braziliyada keçiriləcək COP30-un əsas mövzusu olacaq”, – katib qeyd edib.

COP29

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv