Britaniya Rusiyaya yeni sanksiya tətbiq etdi
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim edib.
Yenicag.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Rusiyadakı səfirliyi məlumat yayıb.
“Ümumilikdə yeni paket Rusiyaya qarşı 150 ticarət sanksiyalarını ehtiva edir. Sanksiyaya məruz qalan məhsullar arasında yeni neft və qaz quyularının tapılması və istismarı üçün proqram təminatı da var. London kimya, elektronika, maşın və metalların Rusiyaya ixracını da qadağan edib”, – məlumatda qeyd olunub.