Britaniya Türkiyəyə “Tayfun”ları rəsmən təklif etdi

media-hightechnic-468x90

Britaniya Türkiyəyə 40 ədəd “Tayfun” (Eurofighter Typhoon) çoxməqsədli döyüş qırıcılarını satmağı rəsmi olaraq təklif edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin “Ekonomim” saytı mənbəyə istinadən məlumat yayıb.

“Təklif Ankaranın təyyarə parkını təkmilləşdirmək və avropalı tərəfdaşlarla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək səylərində son illərdə atılan ən böyük addım olacaq. Bu təklif Türkiyənin müdafiə naziri Yaşar Gülər, İngiltərənin BAE “Systems” müdafiə şirkətinin nümayəndələri və Böyük Britaniyanın Ankaradakı səfiri arasında son görüşlər zamanı səslənib. Türkiyə hələlik bu məlumatı rəsmən təsdiqləməsə də, danışıqlar fəal şəkildə irəliləyir”, – mənbə bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600