Britaniyada ən yüksək terror təhlükəsi elan edilib

Britaniya hökuməti Mançesterdə baş verən terror aktından sonra terror təhlükəsinin səviyyəsini maksimal artırmaq qərarına gəlib.

Yenicag.Az-ın “Trend”-ə istinaən verdiyi məlumata görə, bu haqda Birləşmiş Krallığın hökumət başçısı Tereza Mey kabinetinin üzvləri ilə bir gün ərzində ikinci təcili müşavirədə bildirib.

Terror təhlükəsinin səviyyəsinin maksimuma qədər artırılması Böyük Britaniya tarixində yalnız 3-ü dəfədir ki baş verib. Bu səbəbdən belə vəziyyətin yaxın günlərdə ləğv olunacağı gözlənilir.

Yenicag.Az