Britaniyada süni intellektlə təchiz olunmuş dronlar təqdim edildi

media-hightechnic-468x90

Böyük Britaniya Müdafiə Nazirliyi Kral Hərbi Hava Qüvvələrinin (RAF) istifadəsinə veriləcək yeni nəsil “StormShroud” adlı süni intellektlə təchiz olunmuş pilotsuz uçuş aparatlarını (PUA) təqdim edib.

Yenicag.az “The Sun”a istinadla xəbər verir ki, bu dronlar düşmən radar sistemlərini “kor etmək” və RAF qırıcılarını döyüş tapşırıqları zamanı qorumaq məqsədi daşıyır. Müdafiə Nazirliyinin açıqlamasına görə, “StormShroud” dronları yüksək texnologiyalı “BriteStorm” siqnalpozucu sistemlərlə təchiz olunub. Bu sistemlər düşmənin hava hücumundan müdafiə (HHM) sistemlərini sıradan çıxarmaq üçün istifadə ediləcək. 24 ədədlik bu yeni PUA donanması Uelsin qərbində və Sauthempton şəhərində istehsal olunub və döyüş şəraitində, o cümlədən Ukraynada sınaqdan keçirilib.

Bu dronlar hava hücumlarına önçülük etmək, yəni qırıcı təyyarələrdən əvvəl uçmaq və onların təhlükəsiz keçidi üçün HHM sistemlərini neytrallaşdırmaq üçün nəzərdə tutulub.

Nazirlik rəsmisi əlavə edib ki, bu taktika Kral Hərbi Hava Qüvvələrinin “Typhoon” və “F35 Lightning” tipli döyüş təyyarələrinə dəstək verəcək və onların düşmən radarında görünmədən hədəflərə zərbə endirməsinə imkan yaradacaq: “Bu, RAF-ın ilk dəfə olaraq yüksəksəviyyəli elektron müharibə qabiliyyətindən pilotsuz formada istifadə etməsi deməkdir. Bu da ekipajları digər həyati əhəmiyyətli tapşırıqlara yönləndirməyə imkan verir”,- deyə Dauninq Stritdən bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600