BTC ilə tranzit neft nəqli 36 faizdən çox artdı

media-hightechnic-468x90

2022-ci ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 19,003 milyon ton neft nəql olunub.

Yenicag.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 79 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 24,057 milyon ton neft nəql edilib.

Yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 3,013 milyon ton tranzit nefti nəql edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 36,08 faiz çoxdur.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600