Bu abidələr də dövlət tərəfindən mühafizə olunacaq

media-hightechnic-468x90

Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına Bakıda yerləşən yeni abidələr daxil edilib.

Yenicag.az-ın məlumatına görə, Nazirlər Kabineti (NK) bununla əlaqədar “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

Bu qərara əsasən, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə yeni abidələr daxil edilib.

Həmin abidələr S.Rüstəm küçəsi, 10, 1913-cü il tarixə aid olan İbadət evi, eyni zamanda R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsində yerləşən məsciddir.

NK Mədəniyyət Nazirliyinə aidiyyəti qurumlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etməyi tapşırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600