“Gold Alko” batır? – Şirkətin dövlətə 1,5 milyon manatdan çox borcu yarandı
2022-ci ilin iyun ayında 2 milyon 319 min 665 manat nizamnamə kapitalı ilə ilə yaradılan “Gold Alko” şirkətinin dövlətə 1,5 milyon manatdan vergi borcu yaranıb.
Yenicag.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, “Gold Alko” Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcu 1.570.139,01 AZN təşkil edir.
Qeyd edək ki, qanuni təmsilçisi Mahmudov Mirdaməd Ağaisa oğlu olan şirkətin hüquqi ünvanı Bakı, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 5, ev 3-dür.
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 27 dekabr 2023-cü il tarixində “Gold Alko” MMC-nin istehsalat sahəsində və mal anbarlarında apardığı geniş operativ tədbirləri nəticəsində 2023-cü ilin noyabr-dekabr ayları ərzində yerli alkoqollu içkiləri keyfiyyət standartlarına uyğun olmayan şəkildə istehsal edib satmalarına, həmin məhsulları saxta aksiz markaları ilə markalamalarına və qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdi.












