Nadirin “müasir analar”la bağlı iradına Sərxan Kərəmoğludan REAKSİYA: "Avropasayağı"
Müğənni Nadir Qafarzadənin “Öz aramızda” verilişində uşaqların tərbiyəsində ananın rolu barədə səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.
Yenicag.az xəbər verir ki, müğənni müasir anaların uşaqların tərbiyəsindəki yanaşmalarından gileylənib: “Anaya deyəndə ki, uşaq başıma çıxır, niyə ona bir söz demirsən, cavab verir ki, ona nəsə desəm, uşağın psixologiyasına mənfi təsir edər. Bu, doğru deyil. Əksinə, ona söz deməməklə uşağın psixologiyasını daha çox pozursan”.
Nadirin bu fikirləri ictimaiyyət arasında birmənalı qarşılanmayıb, lakin şou-biznesin tanınmış simaları onu dəstəkləyiblər. Aktyor və şoumen Sərxan Kərəmoğlu həmkarlarının mövqeyinə haqq qazandıraraq, indiki anaların seçdiyi tərbiyə metodlarını sərt tənqid edib:
“Nadir bəylə tam razıyam. İndiki analar uşaqları tamam başqa cür, “Avropasayağı” tərbiyə edirlər. Amma bu metodun nəticəsi düzgün deyil”.
Nehru













