!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu agentlik 69 milyon manatlıq mal-qara alır

!Reklam – Yazi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi idxal inək, qoyun, qoç, keçi, təkə, arı ailəsi və digər malların və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərini alır.

Bu barədə Yenicag.az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, diri çəkisi 265 kq və ondan yuxarı olan 3 yaşınadək 14 400 ədəd inək, çəkisi minimum 45 kq olan 40 min ədəd qoyun, çəkisi minimum 55 kq olan 2 min ədəd qoç, çəkisi minimum 35 kq olan 10 min ədəd keçi, çəkisi minimum 35 kq olan 1000 ədəd təkə, ən azı bir yaşında və minimum 15000 sayda işçi arıdan ibarət 14 min ədəd arı ailəsi, eləcə də 5 840 ton qarışıq yem, 700 dəst arıçı geyimi və 700 ədəd bal süzən aparatın alınması nəzərdə tutulub.

Məlumata görə, artıq bununla bağlı agentlik hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasının 69.552.210,00 AZN-ə (69 milyon 552 min 210 manat) başa gələcəyini proqnozlaşdırıb./Trend/

www.yenicag.az

80
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv