Qazaxıstanda məişət təcavüzkarları, davakarlar məhkəmənin qərarı ilə müvəqqəti olaraq evlərindən çıxarıla biləcəklər.
Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstanın İnzibati Polis Komitəsinin sədr müavini Renat Zülhairov məlumat verib. Qazaxıstan parlamentinin aşağı palatasının deputatları və Daxili İşlər Nazirliyi qanunvericiliyə məişət təcavüzkarlarının məhkəmə qərarı ilə evlərindən çıxarılmasına imkan verəcək düzəlişlər hazırlayıblar.
Ölkədə qəsdən sağlamlığa yüngül zərər vurma və döyülmələrin cinayət məsuliyyətinə cəlb edilməsi təklif edilib.
Zülhairov bildirib ki, bu təşəbbüs ailələrdə məişət zorakılığının qarşısının alınmasına yardım etmək məqsədi daşıyır.
Onun sözlərinə görə, xüsusi hallarda məhkəmələr təcavüzkarları evlərindən müvəqqəti çıxarmaq hüququna malik olacaq və onlardan da öz növbəsində sosial adaptasiya mərkəzlərində “hərəkətləri haqqında düşünmək” tələb olunacaq.
Xuraman Etibarlı
www.yenicag.az