Yaponiyanın Haçinohe şəhərində keçirilən hərracda 15 elit sortdan olan albalı 500 min yenaya (3,5 min dollardan çox) satılıb.
Yenicag.az xəbər verir ki, giləmeyvə çeşidi “Aomori Heartbeat” adlanır. Belə albalılar xarakterik ürək formasına malikdir və ölçüləri böyükdür. Meyvə həvəskarlar arasında xüsusilə tələb olunur. Şirin albalı çeşidi “Aomori” Prefekturasının Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanır, giləmeyvə elit hədiyyə kimi istifadə olunur.
Buna oxşar hadisə ötən il də baş tutub. Belə ki, 15 ədəd “Juno Heart” adlı albalı 4400 dollara satılıb.
www.yenicag.az