!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu amil demokratların xeyrinə olmayacaq” – Cim Zoqbi

!Reklam – Yazi

“Bu amil seçkilərdə heç də demokratların xeyrinə olacaq hadisə deyil”.

Yenicag.az xəbər verir ki, bunu Yaxın Şərqdə gərginliyin artmasının ABŞ-dəki prezident seçkilərinə təsirindən danışan Ərəb Amerika İnstitutunun həmtəsisçisi Cim Zoqbi deyib.

Onun sözlərinə görə, ərəb seçicilər vitse-prezident Kamala Harrisin İsrailə davamlı dəstəyindən məyusluqlarını bildirirlər.

“Etirazçılar 10 sentyabrda Pensilvaniya ştatının Filadelfiya şəhərində prezident seçkilərinin keçiriləcəyi ərazinin yaxınlığında Qəzzada atəşkəs üçün mitinq keçirir. Prezident seçkilərinə dörd həftədən az vaxt qalıb. İsrailin Yaxın Şərqdə törətdikləri demokrat namizədin şansını aşağı salacaq”, – deyə o qeyd edib.

Zoqbiyə görə, nəzərə almaq lazımdır ki, xarici siyasət nadir hallarda ABŞ seçiciləri üçün əsas prioritetdir.

“Lakin İsrailin Qəzzada illərlə davam edən müharibəsi, həmçinin Livana qarşı başlatdığı hərbi əməliyyatlar ABŞ-nin münaqişədəki rolu ilə bağlı sualları ortaya çıxarır. Çünki 20 milyard dollarlıq yardım çoxu qadın və uşaq olmaqla 42 min insanın ölümünə səbəb olub.

Bir sözlə, ABŞ-nin Qəzzaya dair siyasəti əksər seçicilər üçün əsas prioritet olmasa da, ərəb amerikalılarının 80 faizindən çoxu seçkilərdə səslərin müəyyən edilməsində mühüm rol oynayacağını deyir. Misal üçün Miçiqan ştatı ölkədə ikinci ən böyük ərəb əhalisinə malikdir. Xüsusi vurğulanmalıdır ki, indiki dövrdə çoxluq İsrailin İranla müharibəyə başlayacağından narahatdır. Bu amil seçkilərdə heç də demokratların xeyrinə olacaq hadisə deyil”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

120
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv