!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu Avropa ölkəsi Rusiyanın hücumlarına hazırlaşır – Körpülər sökülür, istehkamlar qurulur

!Reklam – Yazi

 

Dünyanın diqqəti İsrailin hücumlarına yönəldiyi bir vaxtda Avropada Rusiya böhranı artır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, NATO üzvü Litva Rusiya təhlükəsinə qarşı zirehli texnikanın keçid məntəqələrində “əjdaha dişləri-tank baryerləri” yerləşdirməyə başlayıb. Rusiyanın Kalininqrad qəsəbəsinə gedən Memel körpüsünün və bəzi körpülərin sökülməsinə qərar verilib. Bundan əlavə, bölgə minalanmağa başlanıb və yanğına dəstək bölmələri yaradılıb. Müdafiə Nazirliyi Vilnüsdəki görülən tədbirlərin bir neçə fotosunu dərc edib. “Düşməni dayandırmaq və məhv etmək üçün lazım gələrsə, bu istehkamlar atəş gücü ilə dəstəklənəcək”, – deyə nazirlik açıqlamasında bildirib.

Litva son bir neçə həftə ərzində Kalininqrad vilayəti yaxınlığında müdafiə xətlərini gücləndirir. Artıq bir müddətdir ki, Almaniya ordusu Litva diviziyasına təlim keçir. Xüsusilə Ukraynaya qarşı hücumlarda istifadə edilən zirehli maşınlarda “Z” hərfi Kalininqraddakı binalarda görünməyə başlayıb.

Bundan əlavə, Litva Rusiya üçün Baltikyanı ölkələrə tramplin kimi baxılır. Hərbi baxımdan Litva-Belarus sərhədindən Kalininqrada qədər uzanan Suvalki aşırımı Rusiya üçün mühüm strateji hədəf kimi diqqəti cəlb edir. Ekspertlər hesab edir ki, Putin 2025-ci ilin yayında “Qərb” qoşunlarını Belarusa köçürə və NATO-nun şərq cinahında gərginlik yarada bilər.

 

Rafi Müslümov

COP29

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv