!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu batareya telefonu 5 gün şarjsız işlətməyə imkan verəcək

!Reklam – Yazi

Avstraliyada Monaş Universitetinin alimləri tərəfindən hazırlanmış yeni batareya telefonu 5 gün müddətində şarjsız işlətməyə imkan verir.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, Monaş Universitetinin alimləri ən effektiv litium-ion batareyası hazırlayıblar. İlkin araşdırmalara əsasən, bu batareya standart smartfonun işini 5 gün müddətində dəstəkləyə bilər. Elektrik avtomobilləri üçün quraşdırmada təxminən 1000 km məsafə qət etməyə imkan verir. Bundan başqa, belə batareyalar ətraf mühitə az zərər vurur, həm də onların istehsalı daha ucuzdur.

Tədqiqatçılar indi yeni tip batareyaları bazara çıxarmağa çalışırlar. Alimlər, həmçinin qeyd ediblər ki, bu tip batareyaların əsas çatışmazlığı onları böyük həcmdə istehsal etməyin çətinliyi ilə bağlıdır. Alimlər artıq sınaq akkumulyatorlarını təqdim ediblər və konstruksiyanı 2020-ci ilin sonunda Avstraliyada elektrik avtomobilləri və şəbəkələrdə sınaqdan keçirməyi planlaşdırırlar.

www.yenicag.az

835
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv