Bu dəfə Sudan Prezidentinin oğlu Türkiyədə qəzaya düşdü

media-hightechnic-468x90

Sudan Prezidenti Abdel Fattah Al-Burhanın oğlu Türkiyədə qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, u barədə “T24” məlumat yayıb.

Bildirilib ki, Sudan Prezidentinin oğlu Məhəmməd A. Fattaf Al-Burhan Rahman Ankarada qəzaya düşüb.

Onun Konstitusiya Məhkəməsinin önündə başqa avtomobili arxadan vurduğu bildirilir. Bilkənt Şəhər Xəstəxanasına aparılan Rahmanın vəziyyətinin kritik olduğu qeyd edilir.

Xatırladaq ki, ötən ilin son ayında Somali Prezidentinin oğlu da Türkiyədə qəza keçirmiş, nəticədə bir nəfər Türkiyə vətəndaşı həlak olmuşdu.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa