!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu dərmanlar komaya səbəb olur - Həkimlərdən xəbərdarlıq

!Reklam – Yazi

Valokordin və Korvalol adətən ürəkdə narahatçılıq, ağrı hissi zamanı istifadə olunur.

Yenicag.az xəbər verir ki, bu dərmanlar əhali arasında çox populyardır və apteklərdə reseptsiz satılır. Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu 2 dərman heç də ziyansız deyil. Nə valokordin, nə də korvalol ürək-damar sistemi xəstəliklərinin müalicə və profilaktikasında heç bir yardım etmir. Bu səbəbdən həkimlər ürəkdə hər hansı narahatçılıq, ağrı olduqda bu dərmanlardan istifadə etməyi tövsiyə etmirlər ki, bu qiymətli vaxt itkisinə, xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər.

Valokordin və korvalol əsasən yuxusuzluqdan əziyyət çəkənlərə yardım edə bilər. Bunun əsas səbəbi preparatların tərkibində olan narkotik maddə fenobarbitaldır. Fenobarbital tez bir zamanda asılılıq yaradır ki, insana “effekt almaq” üçün getdikcə daha böyük dozalar tələb olunur. Bu isə çox təhlükəlidir.

Ekspertlər xəbərdarlıq edir ki, müntəzəm olaraq istifadə olunduğu halda valokordin və korvalol sinir sistemi pozulmaları, nəzfəsalmanın pozulması və hətta komaya səbəb ola bilər.

Avropa ölkələrində bu preparatlar çoxdandır ki, istifadə olunmur.

Bütün bunları nəzərə alaraq mütəxəssislər bu preparatların özbaşına qəbulundan çəkinməyə çağırır.

www.yenicag.az

1101
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv