Bu dövlət başçıları Çanaqqala zəfərinin 100 illiyində iştirak edəcək-SİYAHI

media-hightechnic-468x90

28932651Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyədə keçiriləcək bayram mərasimlərində iştirak etmək məqsədi ilə qardaş ölkəyə 21 ölkə başçısı gələcək.

Bundan başqa, mərasimə 3 ölkənin parlament sədri, 5 ölkənin baş naziri, 3 ölkənin vitse-prezidenti qatılacaq. Məlumatda qeyd edilir ki, Rusiya və Əlcəzair parlament, Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Cibuti, Çad, Cənubi Sudan, İraq, İrlandiya, Çernoqoriya, Qətər, Şimali Kipr Türk Cümhuriyyəti, Kosovo, Makedoniya, Mali, Nigeriya, Pakistan, Seneqal, Sloveniya, Somali və Türkmənistan isə prezident səviyyəsində mərasimlərdə iştirak edəcək.

Bəhreyn, Fransa, Qabon, Qana, Qvineya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Gürcüstan, Xorvatiya, Hindistan, İraq, Litva, Livan, Kanada, Monqolustan, Mavritaniya, Mozambik, Sinqapur, Tacikistan, Tunis, Vyetnamı isə nazirlər təmsil edəcək.

İngiltərə şahzadəsi Çarlzın oğlu ilə tədbirə gələcəyi gözlənilir.

Bundan başqa, türkiyəli jurnalistlər də daxil olmaqla, 35 ölkədən 1400-dən çox media nümayəndəsi bayram mərasimlərinə qatılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600