!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu fond “Muğanbank”ın ləğvedicisi təyin olundu

!Reklam – Yazi

Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Muğanbank” ASC-nin ləğvedicisi təyin edilib.

Bu barədə Yenicag.az-a Fonddan bildirilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 %-dən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” qanuna əsasən “Muğanbank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Bakı Apellyasiya Məhkəməsinin oktyabrın 24-də 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv