Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim olunub - Yeniləndi

media-hightechnic-468x90

Ağdam şəhərinə yola salınan növbəti köç karvanı çatıb, sakinlərə mənzillərinin açarları təqdim edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

Yenicag.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 92 ailə — ümumilikdə 332 nəfər köçürülüb.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Yenicag.az xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 92 ailə – 332 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər./report/

media-jo9kedtuaaotb5msfnxwbl3s5s5iiaa2jhpmggtt_1200 media-suptfh1n9bko2bpwuwl62xtarsvmfwcdl0hgc3xx_1200

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05