Bu gün Bakıdan Kiyevə aviareys yerinə yetiriləcək

media-hightechnic-468x90

öıp“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün Ukraynanın paytaxtı Kiyevə aviareys yerinə yetirəcək.

Bunu açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

AZAL-ın təyyarələrinin Azərbaycandan Ukraynaya reysləri Rusiya ərazisi üzərindən həyata keçirməsinə gəlincə, M. Səfərli bu barədə məlumata malik olmadığını söyləyib.

Xatırladaq ki, iyulun 17-də Ukraynanın Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus, Amsterdam-Kuala-Lumpur marşrutu üzrə uçan “Boeing-777” tipli sərnişin təyyarəsi vurulub. Ukrayna dövləti təyyarənin ölkənin şərqində fəaliyyət göstərən Rusiyayönümlü terrorçular tərəfindən vurulduğunu bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05