Bu gün “El Klasiko” olacaq
Bu gün İspaniya “La Liqa”sında iki əzəli rəqibin növbəti görüşü keçiriləcək.
“Real” Madrid möhtəşəm “Santiyaqo Bernabeo” stadionunda “Barselona”nı qəbul edəcək. “Barselona”nın yayda transfer etdiyi uruqvaylı futbolçu Luis Suarezin bu gün cəzası başa çatır və o, “Real”a qarşı forma geyinəcək. Məlum olduğu kimi Suarez Braziliyada keçirilən dünya çermpionatında italyan futbolçu Kiyellininin çiynini dişlədiyinə görə FİFA tərəfindən 4 aylıq cəzalanmışdı
Bu gün əzəli rəqiblər 169-cu dəfə üz-üzə gələcəklər. Yenə də bütün diqqətlər dünyanın iki ən güclü futbolçusu sayılan Kriştiyano Ronaldo və Lionel Messidə olacaq. Qaret Beylin zədəli olması kral klubu üçün bu gün ciddi narahatlıq yarada bilər. Möhtəşəm matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. (qafqazinfo.az)