Bu gün general-leytenant olan hərbçilər kimdir?

media-hightechnic-468x90

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) üç general-mayoruna general-leytenant ali hərbi rütbəsi verilib.

Yenicag.az xəbər verir ki, general-leytenant rütbəsinə yüksələn Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O, Vətən müharibəsinin komandanlarından biri olub. “Vətənə xidmətə görə” ordeninin tam kavaleri ilə təltif edilib.

Digər general-leytenant rütbəsi alan Müzəffər Pirizadə isə DSX Sahil Mühafizəsinin rəisidir. O, daha əvvəl Qazax əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsini tutub.

Ali Baş Komandan tərəfindən general-leytenant rütbəsinə layiq görülən Elçin İbrahimov isə DSX-nin Aparat rəhbəridir./Qafqazinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600