Bu gün Şahin Ağabəylinin doğum günüdür

media-hightechnic-468x90

167004_1684625328233_717375_nBu gün «Milli Yol» qəzətinin və «Poliqon» İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru, tanınmış jurnalist mərhum Şahin Ağabəylinin doğum günüdür. Baş redaktor yaşasaydı, bu gün 39 yaşı olacaqdı.

10957488_805152492890456_515696960_nDörd il əvvəl  avtomobil qəzasında faciəvi şəkildə həlak olan Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açıb. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərfindən  Türkiyə Kara Harp Okuluna təhsil almaq üçün yollanılan 23 gəncdən biri olub.

4DV3V4T1999-cı ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan   tərxis olunur. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunur.

2003-cü ildə «Milli Yol» qəzetini təsis edir və qəzetin baş yazarı olur. 2006-cı ildə  «Poliqon» İnformasiya Agentliyinin qurucusu oldu. 2009-cu ildə isə baş redaktoru olduğu PİA.AZ saytını təsis etdi.

167004_1684625368234_6406529_nŞahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunmuş və bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.

Baş  redaktorumuz 2010-cu ildə oktaybrın 27-də səhər tezdən Bakı-Ədət yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub. Dünyaya vida edərkən 35 yaşını doldurmamışdı…

Allah rəhmət eləsin.

170724_1684625288232_5835881_o

Şahin ilə sabah olacaqlardan xəbərsiz…

Bəzi günlər var ki, bir ömrə bədəldir. Hər gün yaşadıqların uçub gedərkən, o anlar yaddaşa əbədi həkk olur. Necə ki, bu gün bəzimizin açıq, bəzimizin gizli ağlayaraq xatırladığı üç il öncəki faciə hamımızı sarsıtdı. Eyni zamanda yaddaşımıza həkk etdi hər hərəkətini Şahinin… Bu gün içimizdən ağlayaraq xatırladığımız o anlarla yaşadırıq içimizdəki, qəlbimizdəki Şahinimizi… Sənin hər xatirən əzizdir… Hər xatirəndə Sənin o bir daha görmək üçün dünyaları verəcək siman var… Bəzən gülərüz, bəzən fikirli, bəzən əsəbi, ancaq bütün mimikaları təbii olan Şahin Ağabəyli…

***
26 oktyabr, 2010-cu il.

Saat 20.00 radələri. Ofisdə sabahkı görüşümüzün detallarını müzakirə edirik. Birdən mənim gözüm əlindəki təsbehə sataşır.

–          Sabah qalstuk vuracaqsan. Bununla görüşə gedəcəksən?

–          Bunlara qarışma, Şeyx. Bu mənim imicimdir.

–          Nə imici, rəis? Sən monitorinqə gedirsən. Yox, bir Polad Alemdar kimi paltonu da at çiyninə.

–          Səhv edən olsa, təsbehlə sındıracam onları.

Otağı gülüş səsləri bürüyür. Hamımız sabahdan xəbərsiz, şən və qayğısızıq. Şahin Anara son tapşırıqlarını verir. Mən də masanın üstündə sənədləri qaydasına salıram.

–          Şeyx, bu saatda qalstuku hardan tapacağıq?

–          Taparıq, başqan. Yetər ki, sən qalstuk tax.

Saat 21.00

Beşmərtəbədəki açıq dükanlarda qalstuk axtarırıq. Ən nəhayət tapırıq.

– Ala, bu mənlik deyil. Mən qalstuk vurmayacam.

– Qağa, atarıq maşına. Görüşdən görüşə taxarsan.

10943766_1413165305643215_579553986751452335_n
Çar-naçar qalstuk almağa razı edirik… Bu qədər israrla aldırdığımız qalstukun bir daha taxilmayacağını bilmədən…
Sabah olacaqlardan xəbərsiz…

27 oktyabr. Gecə saat 00.30. Telefon zəngi.

–          Şeyx, yatmısan?

–          Yatıram.

–          Sabah uşaqlardan kimisə aparaq?

–          Nə bilim. Kimi deyirsən?

–          Yada boş ver. İki qardaş gedək, gələk.

–          Ok.

27 oktyabr.

Saat 07.45 radələri.

–          Şahin, mən evə gəlim, yoxsa ofisə?

–          Ofisdəyəm.

–          Oldu, rəis.

08.30 radələri.

Seçkidən sonrakı planlarımızdan bəhs edirik. 2015-ci ilin planlarını qururuq. Saniyələr sonra olacaqlardan xəbərsiz.

Son an və Şahinin son sözü.

–          Nə oldu sənə, ala?……………….

Sonrası qaranlıq… Sonrası heç kimin duymaq istəmədiyi bir an. Sonrası dostları, sevənləri ağlar qoyan bir fəlakət. Sonrası sözün bitdiyi an…

Bildiyimiz tək gerçək: Sən səni tanıyan və tanıdacaq son insan gözlərini bu fani dünyaya yumana qədər yaşayacaqsan, qardaş…

Cənnətdə sənə qonşu olmaq ümidi ilə,
biçarə Aqil Ələsgər

26.10.2013Shahin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600