Bu gün toyu olan cütlüyün evi yandı
Cəlilabad rayonunda yaşayış evində yanğın başlayıb.
Yenicag.az məlumat verir ki, hadisə Sərhədabad kəndində qeydə alınıb.
Hadisə yerinə FHN-in Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 texnikası və 13 nəfər canlı qüvvəsi cəlb olunub.
Yanğının baş verdiyi ev sahibinin övladının bu gün şadlıq saraylarının birində toy mərasimi keçirilir.
Faktla bağlı araşdırma aparılır./Report/