Bu gündən Avropaya vizasız gedə biləcəklər

media-hightechnic-468x90

Martın 28-dən etibarən Gürcüstan vətəndaşları Avropaya vizasız səfər edə biləcəklər.

Yeniçağ.az APA-ya istinadən xəbər verir ki, bu dəqiqələrdə Aİ ilə vizanın liberallaşdırılmasının qüvvəyə minməsi ilə bağlı Tiflisdə konsert təşkil olunub.

Baş nazir Giorgi Kvirikaşvili Qala konsert keçirilən tədbirdə canlı yayıma çıxaraq vizanın ləğv olunması münasibətilə Gürcüstan vətəndaşlarını təbrik edib.

Gürcüstan Barışıq və Vətəndaş məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı APA-ya açıqlamasında deyib ki, Gürcüstanın növbəti məqsədi Avropa Birliyinə üzv olmaqdır: “Gürcüstanda demokratiya dəyərlərinin qorunması, üzərimizə götürdüyümüz islahatların, öhdəliklərin düzgün həyata keçirilməsi öz bəhrəsini verib. Bu, bütün Gürcüstanın sevincidir. Gürcüstan hökumətinin növbəti məqsədi isə Avropa Birliyinə üzv olmaqdır. Güclü, təhlükəsiz, azad Gürcüstan üçün bu məqsədə nail olmaq isə bizim arzumuzdur”.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600