“İsrail xalqının son bir ilə itirdiyi ən mühüm şey son damlasına qədər insanlıqlarını unutmalarıdır”.
Yenicag.az xəbər verir ki, bunu geosiyasi arenada Qəzzada etdiklərindən sonra İsrailə qarşı formalaşan yanaşmalardan danışan amerikalı yəhudi politoloq Norman Finkelstein deyib.
Onun sözlərinə görə, İsrailin hazırkı vəziyyəti qaranlıqdır.
“Rejim son bir ildə xüsusilə ictimai rəy və insanlıq baxımından böyük itkilər verib. Xüsusən Qəzzadakı hərəkətləri ilə İsrail dünyanı özündən uzaqlaşdırıb. Baş verənlər təəssüf ki, həm İsrail, həm də yəhudilik haqqında qlobal təsəvvürləri kökündən dəyişdi və rejimin siyasəti yəhudiliklə birləşdirildi. Nəticədə isə antisemitizm artıb. Kədərli məqamlardan biri isə israillilərin 95 faizinin Qəzzada baş verən soyqırımı dəstəkləməsidir. İsrail xalqının son bir ilə itirdiyi ən mühüm şey son damlasına qədər insanlıqlarını unutmalarıdır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az