!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu il referendum və ya əlavə seçkilərin keçirilməsi üçün büdcədən vəsait ayrılsa da...” - Tahir Kərimli

!Reklam – Yazi

“44 günlük Vətən müharibəsində əldə olunmuş qələbədən sonra dövlətin əsas diqqəti Qarabağın bərpasına yönəlib”.

Bu fikirləri cari ildə ölkədə referendum və ya Milli Məclisdəki boş yerlərə əlavə seçkilərin keçirilməsi ehtimalını dəyərləndirən millət vəkili Tahir Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yaranmış şəraitdə diqqətin bu məslələlərə yönəlməsi də doğru olmazdı:

“Mən də ölkədəki müəyyən islahatlar proqramı çərçivəsində referundumun keçirilməsini məqbul hesab etmişəm. Məsələn, proporsional seçki sisteminin bərpası, bəzi paralel dövlət strukturlarının ləğvi və sair məsələlərin həllinin zəruriliyi bildirilib, onların aktuallığı ifadə olunub.

Amma mənim bəzi müşahidələrim var və onlar bundan ibarətdir ki, hakimiyyət strukturlarında, cəmiyyətdə belə bir istəyin mövcudluğu mümkündür. Çünki idarəetmənin müəyyən qədər təkmilləşdirilməsinə zərurət vardı.

Lakin 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbədən sonra dövlətin əsas diqqəti Qarabağın bərpasına yönəlib. Yəni postmüharibə dövrünün tələbatı dəyişib. O nöqteyi-nəzərdən güman edirəm ki, referendum olmayacaq. Mən belə düşünürəm.

Bununla belə, ilk dəfə bildimək istəyirəm ki, bizim dövlət büdcəmizdə referendum, yaxud da Milli Məclisdəki boş yerlərə seçkilərin keçirilməsi üçün vəsait ayrılıb. Bunu gizlətməyə ehtiyac yoxdur. Qeyd etdiyim məqam referendum ehtimalını gücləndirən məqamlardandır ki, referendum və ya əlavə seçkilər keçirilə bilər.

Ancaq son dövrlər aparılan söhbətlərdən bu qənaətə gəlmək olar ki, indiki vəziyyətdə referendumun keçirilməsi aktual deyil. Digər tərəfdən, yaranmış şəraitdə diqqətin bu məslələlərə yönəlməsi də doğru olmazdı. Görüləsi başqa mühüm işlər kifayət qədər çoxdur. O baxımdan, mən bu il referendumun, ya da əlavə seçkilərin keçiriləcəyini istisna edirəm”.

A.Zeynalov

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv