Bu ilin sonuna Azərbaycanın dövlət borcu proqnozu açıqlandı

media-hightechnic-468x90

2025-ci ilin 1 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcunun 5 milyard 214,4 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 1 milyard 9310,8 milyon manat olmaqla ümumi dövlət borcunun 28 milyard 175,2 milyon manat təşkil edəcəyi gözlənilir.

Yenicag.az bu barədə Maliyyə Mazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin 1 yanvar tarixinə xarici dövlət borcunun 49,1 faizinin 5 ilədək, 44,7 faizinin 5-10 il ərzində, 6,2 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilədək müddətə təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 1 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 1,2 faiz dərəcəsi ilə cəlb olunması nəzərdə tutulur.

2025-ci ilin 01 yanvar tarixinə daxili dövlət borcunun 53 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcəkdir. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 19,5 faizi 1 illik, 72,6 faizi 2-3 illik, 7,9 faizi isə 5-7 illik istiqrazların payına düşməsi proqnozlaşdırılır.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600