Bu ilin sonunda Zurabişvilinin taleyi həll olunacaq

media-hightechnic-468x90

Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin impiçmenti məsələsini cari ilin noyabrın sonu, və ya dekabrın əvvəlində səsverməyə çıxarmağı planlaşdırır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze Gürcüstanın “İctimai Televiziyası”na müsahibəsində deyib.

Onun sözlərinə görə, hər şey yeni parlamentin ilk iclasının tarixindən asılıdır: “Biz parlamentdə 100-dən çox yer əldə etdikdən sonra, dekabrın əvvəlində və ya noyabrın sonunda, ilk iclasın nə vaxt təyin edilməsindən asılı olaraq, onun (Zurabişvili -Qeyd) impiçmenti baş tutacaq”

Qeyd edək ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Salome Zurabişviliyə qarşı impiçment prosesinə ilk dəfə 2023-cü il sentyabrın 1-də başlayıb. Səbəb prezidentin hökumətin razılığı olmadan Gürcüstanın Avropa kursunu dəstəkləmək üçün Avropa turnesi həyata keçirməsi olub.

2023-cü il oktyabrın 16-da Konstitusiya Məhkəməsi prezidentin Konstitusiyanı pozduğunu təsdiqləyib. Bunun ardınca proses parlamentə keçib. Hakim partiyaya impiçmenti həyata keçirmək üçün 100 səs lazım idi, lakin impiçment uğursuz olub./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05