BU İSLAHATLAR peşəkar kadrların formalaşmasına təkan verəcək - DEPUTAT

media-hightechnic-468x90

“Azərbaycan Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley tədbirində AMEA-nın fəaliyyətindən bəhs edərkən qeyd edib ki, sözügedən qurum Azərbaycan elminin inkişafında aparıcı rol oynayıb”.

media-16247185441307712922_1200x630-1

Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov Yenicag.az-a açıqlamasında bildirib.

O, dövlət başçısının çıxışından sitat gətirərək deyib ki, bu illər ərzində Azərbaycan müxtəlif ictimai-siyasi quruluşlarda yaşasa da, hər zaman öz elminin inkişafına böyük diqqət yetirib:

“Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan bir çox çətinliklər yaşasa da, onun görkəmli ictimai-siyasi xadimləri daim elmin və təhsilin inkişafına diqqət ayırıblar. Ulu Öndər Heydər Əliyev Azərbaycan alimlərini dəstəkləyib, onların fəaliyyəti üçün öz səylərini əsirgəməyib. Hər bir dövlətin milli inkişafının strateji paradiqmalarından biri də müasir və təkmil innovasiyaların, eləcə də bu istiqamətdə formalaşdırılan milli təcrübənin uğurla tətbiq olunmasıdır. Bu kontekstdə elm və təhsilin inkişafı da xüsusi yer tutur. Son illər dinamik inkişaf yolunda olan Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi sahələrdə irəliləməsi mükəmməl elmi-təşkilati strukturun formalaşdırılmasını ön plana çıxarıb”.

Deputat bildirib ki, bu gün dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar elmin, təhsil sisteminin və idarəetmənin müasir prinsiplər üzrə təşkilinə təkan verir:

“Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksək səviyyəli kadr potensialının formalaşdırılması işinə də təkan verir. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yaradılması, həm də gənclərin müxtəlif ölkələrdə təhsil alması üçün geniş şərait və imkanların yaradılması vasitəsilə həyata keçirilir. İclasdakı çıxışı zamanı İlham Əliyev qeyd etdiyi kimi, bütövlükdə elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır, dövlət strukturları Azərbaycan alimləri ilə daha sıx əməkdaşlıq etməlidirlər”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa