!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu kompleksin abadlıq işlərinə 6,2 milyon ayrıldı

!Reklam – Yazi

Gəncə şəhərində Əli Məmmədov küçəsində Ekoloji Park Kompleksinin və onun ətrafında abadlıq işlərinə (2-ci hissə) sərf olunacaq vəsaitin həcmi məlum olub.

Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyi hazırlıq işlərini yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 6,2 milyon manat ödəniləcək.

Qeyd edək ki, Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir.

Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəli oranjereya binası daxildir. Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılıb.

www.yenicag.az

65
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv